Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək

Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək Bu barədə komissiyanın saytlında məlumat verilib
Qarabağ
12 Oktyabr , 2017 08:13
Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.

“Report” xəbər verir ki, bu barədə komissiyanın saytında məlumat verilib.

"ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu" adlı brifinqin işində ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək. Tədbirə həmçinin münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi