Gürcüstanda Qarabağ şəhidlərinin xatirəsi anılıb

Gürcüstanda Qarabağ şəhidlərinin xatirəsi anılıb Tbilisi. 25 sentyabr. REPORT.AZ/ Gürcüstanda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Elşad Budaqov və Elşən Məmmədovun şəhid olmalarının növbəti ildönümü qeyd olunub.
Qarabağ
25 Sentyabr , 2018 17:56
Gürcüstanda Qarabağ şəhidlərinin xatirəsi anılıb
Report
0 : 00
0 : 00

Tbilisi. 25 sentyabr. REPORT.AZ/ Gürcüstanda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Elşad Budaqov və Elşən Məmmədovun şəhid olmalarının növbəti ildönümü qeyd olunub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri və hərbi attaşe aparatının əməkdaşları Bolnisi rayonunun Kəpənəkçi və Zolgüvəc kəndlərində hər iki şəhidin məzarını ziyarət edib gül dəstələri qoyublar.

Səfirlik əməkdaşları şəhidlərin ailələrinə baş çəkib, onlara başsağlığı veriblər. Şəhidlərin ruhuna ehsan verilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan Elşad Budaqov 1992-ci ilin sentyabrın 24-də Ağdərə, Zolgüvəc kəndindən olan Elşən Məmmədov isə 2015-ci ilin sentyabrın 25-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. E.Məmmədov ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi