Gürcüstanda Azərbaycana növbəti dəstək aksiyası keçirilib

Gürcüstanda Azərbaycana növbəti dəstək aksiyası keçirilib
Qarabağ
4 Oktyabr , 2020 15:46
Gürcüstanda Azərbaycana növbəti dəstək aksiyası keçirilib
Gürcüstanın paytaxtı Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində Azərbaycana dəstək aksiyası keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, aksiya 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə təşkil olunub.
Aksiyada qəsəbə sakinləri ilə yanaşı, Tbilisi, Marneuli və digər bölgələrdən olan soydaşlarımız da iştirak ediblər.
Onlar Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndiriblər. İştirakçılar əllərində Azərbaycan, Türkiyə, Gürcüstan bayraqları və üzərilərində "Qarabağ Azərbaycandır!", "Yaşasın Azərbaycan-Gürcüstan dostluğu" sözləri yazılan plakatlar tutublar.
Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını, mülki insanları və yaşayış məntəqələrini hədəfə almasını, Gəncə şəhərinin atəşə tutmasını kəskin qınayıblar.

Son xəbərlər

Orphus sistemi