Gürcüstan XİN: “Azərbaycan-Ermənistan gərginliyini narahatlıqla izləyirik”

Gürcüstan XİN: “Azərbaycan-Ermənistan gərginliyini narahatlıqla izləyirik” “Gürcüstan Baş nazirinin Azərbaycan və Ermənistana sülh danışıqları üçün Tbilisini platforma kimi təklif etməsi ilə bağlı təşəbbüsü zamanında olub”.
Dağlıq Qarabağ münaqişəsi
4257
1 Oktyabr , 2020 02:16
Gürcüstan XİN: “Azərbaycan-Ermənistan gərginliyini narahatlıqla izləyirik”
David Zalkaliani
0 : 00
0 : 00

"Gürcüstan Baş nazirinin Azərbaycan və Ermənistana sülh danışıqları üçün Tbilisini platforma kimi təklif etməsi ilə bağlı təşəbbüsü zamanında olub".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

O, tərəflərdən adekvat reaksiyanın olacağına ümid etdiyini bildirib.

D.Zalkalianinin sözlərinə görə, Gürcüstan baş verən prosesləri böyük narahatlıqla izləyir: “Gərginlik bizim regionda baş verir. Tarixən bizim azərbaycanlı və erməni həmvətənlərimizlə dinc şəraitdə birgə mövcudluqla bağlı zəngin təcrübəmiz var. Bunu gələcəkdə də mütləq qoruyub saxlamaq lazımdır”.

XİN başçısı qeyd edib ki, eskalasiya yalnız Cənubi Qafqaz üçün deyil, Qara dəniz bölgəsi üçün də təhlükə yaradır.   

Son xəbərlər

Orphus sistemi