Gürcü ekspert: “Paşinyan ərazilərin işğalını heç cürə əsaslandıra bilməzdi”

Gürcü ekspert: “Paşinyan ərazilərin işğalını heç cürə əsaslandıra bilməzdi” “Ermənistanın baş naziri Nikol Paşinyanın “BBC” telekanalındakı “Hardtalk” verilişində heç bir tutarlı arqument gətirə bilməməsi təəccüb doğurmamalıdır. Çünki birbaşa aqressiya və digər ölkənin tarixi torpaqlarının işğalını əsaslandırmaq mümkün deyil”.
Dağlıq Qarabağ münaqişəsi
1239
17 Avqust , 2020 17:40
Gürcü ekspert: “Paşinyan ərazilərin işğalını heç cürə əsaslandıra bilməzdi”
Levan Metreveli

“Ermənistanın baş naziri Nikol Paşinyanın “BBC” telekanalındakı “Hardtalk” verilişində heç bir tutarlı arqument gətirə bilməməsi təəccüb doğurmamalıdır. Çünki birbaşa aqressiya və digər ölkənin tarixi torpaqlarının işğalını əsaslandırmaq mümkün deyil”.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli bildirib.

Onun sözlərinə görə, N.Paşinyan efirdə Azərbaycan torpaqlarının işğalına bəraət qazandırmağa cəhdlər etməyə çalışıb:

“Digər suveren dövlətin ərazilərinin işğalını arqumentləşdirmək qeyri-mümkündür. Buna görə də erməni baş nazirinin heç bir əsaslı sübutunun olmaması təbiidir. Bütün dünya ictimaiyyəti işğal olunan torpaqları Azərbaycanın əraziləri kimi tanıyır”.

Gürcü ekspert “BBC”-nin dünyanın ən nüfuzlu KİV-lərindən biri olduğunu qeyd edib:

“Telekanal yalnız Böyük Britaniya və Avropaya deyil, bütün dünyaya yayımlanır. Buna müvafiq olaraq “BBC”yə dəvət almaq şərəfinə nail olan istənilən lider yaxşı hazırlıqlı olmalıdır. Lakin Paşinyan nə qədər hazırlıqlı olsaydı belə, hər hansı bir arqument gətirə bilməzdi. Çünki işğal faktına bəraət qazandırmaq heç cürə mümkün deyil”.

L.Metreveli qeyd edib ki, Ermənistanın hökumət başçısı Azərbaycan torpaqlarının işğalı ilə bağlı suallara ilk dəfə deyil konkret cavablar verə bilmir: “Münhen konfransında da Nikol Paşinyan suallara konkret və tutarlı cavab verməkdə çox çətinlik çəkib. Azərbaycan Prezidenti İlham Əliyev debatda ciddi, fundamental bilik və təcrübəsinə əsaslanaraq çıxış edib. Nikol Paşinyanın zəif intellektual imkanları bununla müqayisə belə edilə bilməz”.

Orphus sistemi