Günter Ottinger: "Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil"

Günter Ottinger: "Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil" Bakı. 1 iyun. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil.
Qarabağ
1 İyun , 2018 18:19
Günter Ottinger: Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil

Bakı. 1 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində mühazirə deyərkən bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi Azərbaycan xalqı üçün həssas məsələdir: "Lakin Avropa Komissiyası onun həllində birbaşa iştirak etmir". 

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyasız mümkün deyil. Amma biz də deyə bilmərik ki, onunla münasibətlərimiz yaxşıdır. Ukrayna, Krımda problemlər mövcuddur, həmçinin sanksiyalar var. Ona görə də Rusiyanın konstruktiv məcraya dönməsi vacibdir. Qarabağ münaqişəsi açıq və həll edilməmiş məsələ kimi qala bilməz", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi