GUAM PA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasəti pislənilib, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib

GUAM PA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasəti pislənilib, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Parlament Assambleyasının (GUAM PA) Siyasi məsələlər və regional təhlükəsizlik, Ticarət və iqtisadi, Elm, təhsil, mədəniyyət və idman komitələrinin iclasları keçirilib.
Qarabağ
27 Noyabr , 2019 13:17
GUAM PA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasəti pislənilib, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib

Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Parlament Assambleyasının (GUAM PA) Siyasi məsələlər və regional təhlükəsizlik, Ticarət və iqtisadi, Elm, təhsil, mədəniyyət və idman komitələrinin iclasları keçirilib. 

"Report" xəbər verir ki, iclaslarda Azərbaycanı Milli Məclisin deputatları Azər Kərimli, Əli Məsimli və parlamentin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rüstəm Mahmudov təmsil ediblər.

Azərbaycanlı deputatlar komitə iclaslarında müxtəlif təkliflərlə çıxış ediblər.  Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli Siyasi məsələlər və regional təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bu günə kimi icra edilmir: "Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi hələ də öz ədalətli həllini tapmır. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkündür.  

Deputat Ermənistanın baş naziri Nikol Paşinyanın son təxribat xarakterli bəyanatını da xatırladıb: "Bu bəyanat regionda münaqişəni alovlandırmağa hesablanıb. Azərbaycan dövləti heç vaxt işğal faktı ilə razılaşmayacaq”. 

Tədbirdə tərəfdaş dövlətlərin nümayəndələri (Gürcüstan, Ukrayna və Moldova) işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Ukrayna tərəfi isə GUAM-a üzv ölkələrin kibertəhlükəsizliyi üçün xüsusi bir mərkəzin yaradılmasını vacib sayıb. İclasda həmçinin bu sahədə müzakirələrin aparılması və qərarların verilməsi üçün mərkəzin yaradılmasında GUAM+ formatının cəlb edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, GUAM PA-nın Büro iclası da keçirilib. 

Son xəbərlər

Orphus sistemi