Gəncədəki məbədin baş keşişi: “Dinc əhaliyə qarşı terrorçular döyüşür”

Gəncədəki məbədin baş keşişi: “Dinc əhaliyə qarşı terrorçular döyüşür” Gəncədəki məbədin baş keşişi: “Dinc əhaliyə qarşı terrorçular döyüşür”.
Qarabağ
14 Oktyabr , 2020 13:40
Gəncədəki məbədin baş keşişi: “Dinc əhaliyə qarşı terrorçular döyüşür”

“Bu, ilk növbədə Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətdir. Ermənistan təcavüzkardır”.

Bunu jurnalistlərə Gəncədəki Aleksandr Nevski Rus Provaslav Kilsəsinin baş keşişi, ierey Varfolemey Sotnikov Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dinc şəhərlərini atəşə tutmasına münasibət bildirərkən deyib.

“Müharibə əsgərlər arasında aparılmalıdır. Yalnız terrorçular dinc əhaliyə qarşı mübarizə aparır. Ermənistanın qədim Gəncə şəhərini atəşə tutması da bunu göstərdi. Uşaqlar, qadınlar və qocalar xəsarət aldı. Mülki əhali heç bir şeydə günahkar deyil. Bugünkü dualarımız torpaqlarımızda, işğal altındakı ərazilərimizdə sülhün bərqərar olmasından, bu işğalçı-ermənilərin sakitcə torpaqlarımızı tərk etməsindən yana idi. Mən milliyyətcə rusam, amma burada doğulub böyümüşəm, Gəncə doğma şəhərimdir. Ermənistanın şəhəri atəşə tutması nəticəsində təkcə insanlar zərər görmədi, həm də dini binalar, o cümlədən bizim xristian məbədimiz zərər gördü”, - o bildirib.

Baş keşiş həmçinin kilsənin Azərbaycan torpağında sülh və əmin-amanlıq olması üçün dua etdiyini qeyd edib.

“Müharibə istəmirik. Bütün dünya ictimaiyyətinə müraciət edirəm: hər şəkildə haqqı dəstəkləyənlər qarışmasınlar və Azərbaycanın 30 ildir dözdüyünü başa düşsünlər. Bunun sonu olmalı idi. Azərbaycan əsgərləri 30 il əvvəl işğal olunmuş doğma torpaqlarımızı azad etməklə hər gün bizi yeni qələbələrlə sevindirir. Xalqımıza qələbə ilə irəliləməyi diləyirəm”, - o söyləyib.

Varfolemey Sotnikov
Varfolemey Sotnikov

Son xəbərlər

Orphus sistemi