Yuxarı

Gəncə və Goranboyda Xocalı qurbanlarının xatirəsi anıldı - FOTO

​Gəncə və Goranboyda Xocalı qurbanlarının xatirəsi anıldı

98

Gəncə şəhər Baş Polis İdarəsində Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov Xocalı soyqırımının erməni qəsbkarlarının azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Həmin gecə Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə yeksan edilib.

Tarix elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim Asif Cavadov bildirib ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Goranboy Rayon Polis Şöbəsində (RPŞ) də Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib. Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, Xocalı şəhər sakinləri və RPŞ-in Veteranlar Şurası üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Goranboy RPŞ-in rəisi, polis polkovniki Ramin Qədirov qeyd edib ki, Xocalı şəhərində törədilən cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılan kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib.

Goranboy RPŞ-in Veteranlar Şurasının sədri Müsəddiq Qədimov Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxan xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədildiyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi