Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
“Əsgərə məktub” layihəsi çərçivəsində yerli sakinlər hərbi qulluqçularımıza məktublar yazırlar.
Bildirilib ki, vətəndaşlar tərəfindən gün ərzində yüzlərlə məktub yazılaraq, əsgərlərə göndərilir.
Böyük ruh yüksəkliyi ilə məktub yazanlar sırasında məktəblilər də yer alır.