Füzuli rayonu ərazisinə mərmi düşüb, otlaq sahələrində yanğın baş verib

Füzuli rayonu ərazisinə mərmi düşüb, otlaq sahələrində yanğın baş verib Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.
Qarabağ
2 Oktyabr , 2020 22:59
Füzuli rayonu ərazisinə mərmi düşüb, otlaq sahələrində yanğın baş verib

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

“Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, düşmənin növbəti dəfə atdığı top mərmilərdən biri Füzuli rayonun ərazisində yerləşən və bir neçə kəndin ərazisinə yaxın olan otlaq sahələrinə düşüb.

Nəticədə həmin ərazilərdə güclü yanğın baş verib.

Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, düşmənin təxribatı nəticəsində onların fərdi yaşayış evləri, təsərrüfatları və otlaq sahələri ziyan görüb.

Son xəbərlər

Orphus sistemi