Fransanın dövlət katibi: "Avropa Şurası Nazirlər Komitəsi ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir"

Fransanın dövlət katibi: "Avropa Şurası Nazirlər Komitəsi ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir" ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır.
Qarabağ
30 Sentyabr , 2019 18:17
Fransanın dövlət katibi: Avropa Şurası Nazirlər Komitəsi ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır". 

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Fransanın dövlət katibi Ameli de Monçalən (Amelie de Montchalin) AŞPA-nın payız sessiyasında çıxış zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsi münaqişənin həllinə səy göstərən ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək verir: "Məcburi köçkünlərin təhlükəsiz, layiq olduqları həyatı yaşamaları prioritet məsələdir. Ermənistan və Azərbaycan Avropa Şurasına üzv olduqları zaman münaqişənin sülh yolu ilə həlli üçün öhdəlik götürüblər".

Son xəbərlər

Orphus sistemi