Fransalı siyasətçi: "Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir"

Fransalı siyasətçi: "Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir" "Qarabağ münaqişəsinin həllində istifadə edilən vasitələr beynəlxalq münasibətlərin bugünkü aktual durumuna cavab vermir"
Qarabağ
24 Avqust , 2018 13:08
Fransalı siyasətçi: Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir
Report
0 : 00
0 : 00

Paris. 24 avqust. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə edilən vasitələr beynəlxalq münasibətlərin bugünkü aktual durumuna cavab vermir". 

Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, Avropada təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə mütəxəssis Emmanüel Düpüy (Emmanuel Dupuy) bildirib.  

O vurğulayıb ki, münaqişənin 30 ilə yaxındır həllini tapmaması təəssüf doğurur: "Təbii ki, bunun da səbəblərini araşdırarkən yalnız Azərbaycan və Ermənistan münasibtləri faktorunu əsas götürmək lazım deyil. 1988-ci ildən bu yana Qarabağ münaqişəsinin nizamlanmasında öz sözünü demək istəyən periferik ölkələrlə münasibətlər ətraflı təhlil olunmalıdır. Bu problem "donmuş münaqişələr kateqoriyasına aiddir və ən başlıca problem də onun həllində istifadə edilən vasitələrin 30 ildən sonra beynəlxalq münasibətlərin bugünkü aktual vəziyyətinə cavab verməməsidir". 

Mütəxəssis deyib ki, ABŞ və Rusiya Cənubi Qafqaz, Ukrayna, Cənubi Avropa ölkələri, Kosova və digər ölkələrdəki münaqişə ocaqlarından istifadə edirlər: "Hər iki dövlət sanki bir-birini imtahana çəkərək qırmızı xətti keçməmək prinsipini tətbiq edirlər. Ona görə də hesab edirəm ki, Qarabağ münaqişəsinin nizamlanmasında uzun illərdir dünya hegemonluğu uğrunda mübarizə aparan ABŞ və Rusiyanın iştirakı məsələsinə yenidən baxılmalıdır. Münaqişənin həllinə digər ölkələrin cəlb edilməsi vasitəçi dövlətlər arasında balans yarada və beləliklə, nizamlanma prosesi müsbət nəticələnə bilər".

E.Düpüy qeyd edib ki, Fransanın və ABŞ-ın həmsədrləri olduğu ATƏT-in Minsk qrupunun fəaliyyəti strateji reallığa cavab vermir: "Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir. Artıq beynəlxalq əhəmiyyətli məsələlər Qərbin sərhədlərini aşmalıdır. Məsələn, Rusiya, Türkiyə, İranı götürsək və Çini də əlavə etsək, Avroasiya məkanı yaratmış olarıq. Bura da dünyadakı iqtisadi inkişafın 50 faizi, dünya ÜDM-nin 25 faizi, dünya əhalisinin 45 faizi daxildir. Hətta dünyadakı 1,3 milyard müsəlmanın heç bir təmsilçisi yoxdur". 

Fransalı ekspert vurğulayıb ki, artıq dünya hegemonluğu uğrunda mübarizə daha ABŞ və Rusiya arasında getmir: "Bu gün inkişaf etməkdə olan ölkələr üçüncü bir yol açmaqdadırlar. Ona görə də Azərbaycan ABŞ-ın mütləq sədaqətinə arxalana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ölkələrin coğrafi ərazisi genişləndirilərsə, məsələnin tezliklə nizamlanmasına nail olmaq mümkündür".

Son xəbərlər

Orphus sistemi