Bakı. 27 oktyabr. REPORT.AZ/ "Fransanın xarici işlər naziri Jan-Mark Eyro erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcək".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Romen Nadal bildirib.
Onun sözlərinə görə, nazirlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan oktyabrın 27-də Fransada işgüzar səfərdə olacaq.