Fransa səfiri: “Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi davam etdirilməlidir”

Fransa səfiri: “Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi davam etdirilməlidir” Aureliya Buşez: "Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Sankt-Peterburq görüşünün nəticələrini alqışlayır"
Qarabağ
21 İyun , 2016 19:51
Fransa səfiri: “Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi davam etdirilməlidir”

Bakı. 21 iyun. REPORT.AZ/ “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi davam etdirilməlidir”.

“Report”un məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq, iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini alqışlayır: “Çünki Sankt-Peterburq görüşü bu il Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında başlanmış dialoqun inkişaf etdirilməsinə töfhə verir. Biz hesab edirik ki, səmimi və müntəzəm dialoq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ən yaxşı vasitədir. ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişə tərəfləri arasında vasitəçi olaraq öz öhdəliklərini yerinə yetirməyə, həmçinin etimad mühitini yaratmağa və dialoqa dəstək verməyə hazırdırlar”.

Son xəbərlər

Orphus sistemi