Bakı. 2 may. REPORT.AZ/ Finlandiya baş nazirinin müavini, xarici işlər naziri Timo Soini Helsinkidə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
"Report" erməni KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti də müzakirə ediblər.
Finlandiya XİN başçısının sözlərinə görə, ölkəsi münaqişənin həllində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini, təşəbbüslərini dəstəkləyir.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq, danışıqlar yolu ilə həll edilməlidir.