FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib

FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib FHN-in Mətbuat Xidmətinin məlumatı Məlum olduğu kimi, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müx
Dağlıq Qarabağ münaqişəsi
15851
27 Sentyabr , 2020 19:33
FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib

Məlum olduğu kimi, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

FHN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb. Nəticədə mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib.
 Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında yerləşən fərdi yaşayış evləri və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib.
Görülmüş operativ tədbirlər nəticəsində yanğınlar qısa müddətdə söndürülüb.
 

Son xəbərlər

Orphus sistemi