Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 14 dəfə pozub

Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 14 dəfə pozub Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib
Qarabağ
16 Oktyabr , 2014 09:58
Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 14 dəfə pozub

Bakı. 16 oktyabr. REPORT.AZ/ Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi