Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 13 dəfə pozub

Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 13 dəfə pozub Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib
Qarabağ
20 Oktyabr , 2014 10:28
Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 13 dəfə pozub
Bakı. 20 oktyabr. REPORT.AZ/ Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi