Ermənistanın XİN başçısı sabah Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistanın XİN başçısı sabah Minsk qrupunun həmsədrləri ilə görüşəcək Görüş Moskvada keçiriləcək
Qarabağ
13 Noyabr , 2017 16:48
Ermənistanın XİN başçısı sabah Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər nazir Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş noyabrın 14-də Moskva şəhərində keçiriləcək.  

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bildirmişdi. O, Rusiyanın Azərbaycan və Ermənistan XİN başçılarına “üçtərəfli” (Azərbaycan, Ermənistan, Rusiya) görüş təklif etdiyini də demişdi. Ancaq bu görüşün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi