Yuxarı

Ermənistanın XİN başçısı Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün Moskvaya gedəcək

Ermənistanın XİN başçısı Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün Moskvaya gedəcək

Bakı. 1 iyun. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan iyunun 7-də Moskvaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin direktoru Artyom Kojin bildirib.

Z.Mnatsakanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi