Yuxarı

Ermənistanın xarici işlər naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Minsk qrupunun həmsədrləri ilə görüşü

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri – Endryu Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb. 

“Report” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan “Facebook” səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Tərəflər Azərbaycan və Ermənistan XİN başçılarının ötən görüşlərində əldə edilən razılaşmaların reallaşdırılmasını və dinc danşıqlar prosesinin hazırki vəziyyətini dəyərləndiriblər.

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda həmsədlərin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi