Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb Bakı. 13 avqust. REPORT.AZ/ Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.
Qarabağ
13 Avqust , 2018 10:12
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb
Müdafiə Nazirliyi

Bakı. 13 avqust. REPORT.AZ/ Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

Son xəbərlər

Orphus sistemi