Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralanıb

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralanıb Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Rena
Dağlıq Qarabağ münaqişəsi
7968
15 Sentyabr , 2020 10:19
Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralanıb
0 : 00
0 : 00

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Orphus sistemi