Yuxarı
    Bağlamaq

    Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb

    Dinlə

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb. 

    "Report"un məlumatına görə, buna səbəb ermənilərin işğal altındakı Kəlbəcər rayonunun Heyvalı kəndində (Drombon) qanunsuz istismar etdikləri dağ mədənində baş verən güclü partlayışdır. 

    Partlayış Ağdərə şəhəri və ətraf yaşayış məntəqələrinin kommunikasiya xətlərinə ciddi ziyan vurub. Nəticədə Ağdərə rayonu ərazisindəki bütün yaşayış məntəqələri və müəssisələr qazsız qalıb. Hətta hərbi hissələrin və hərbi tibb müəssisələrinin də qaz olmadığından təminatında problemlər yarandığı bildirilir.

    Dağlıq Qarabağdakı separatçı rejimin fövqəladə qurumlarının yaydığı məlumata görə, qəzaya səbəb boru xətlərinin standartlara cavab verməməsidir. 

    Bərpa işlərinin, ən azı, 3-5 gün davam edəcəyi bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi