Ziyafət Əsgərov: "Ermənistanın hər hansı bir müharibəni başlamağa gücü yoxdur"

Ziyafət Əsgərov: "Ermənistanın hər hansı bir müharibəni başlamağa gücü yoxdur" Sərhəddə hər gün atəşkəsin pozulma hallarının nəticəsi sonda Ermənistanın öz başında çatlayaq
Qarabağ
26 Fevral , 2015 11:50
Ziyafət Əsgərov: Ermənistanın hər hansı bir müharibəni başlamağa gücü yoxdur

Bakı. 26 fevral. REPORT.AZ/ "Regionda Avropa-Rusiya münasibətlərinin gərginləşməsindən asılı olaraq II Dağlıq Qarabağ müharibəsinin başlanma risklərinin çoxalması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Ümumiyyətlə Ermənistanda dövlət deyilən anlayış şərti mənada işlənir. Yəni Ermənistan bizim başa düşdüyümüz mənada dövlət deyil, ora sadəcə siyasi qurumdur". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin I vitse-spikeri Ziyafət Əsgərov deyib.

O bildirib ki, Ermənistan adlı siyasi qurumun kimlər tərəfindən idarə olunduğu hər kəsə məlumdur: "Ona görə də Ermənistanın hər hansı bir müharibəni başlatmağa gücü yoxdur. İlk növbədə onun buna nə iqtisadi, nə siyasi, nə də hərbi potensialı var. Sərhəddə hər gün atəşkəsi pozmaqda məqsəd xalqın fikrini daxili problemlərdən yayındırmaqdır. Bu da bir müddətlik ola bilər. Təbii ki, sonda nəticə göz qabağında olacaq. Nəticəsi də onların öz başında çatlayacaq". 

Son xəbərlər

Orphus sistemi