​Ermənistanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 22 il ötür

​Ermənistanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 22 il ötür İşğal nəticəsində minlərlə insan ölüb, qaçqın və itkin düşüb
Qarabağ
23 Avqust , 2015 14:13
​Ermənistanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 22 il ötür

Bakı. 23 Avqust. REPORT.AZ/ Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür.

"Report" xəbər verir ki, 23 avqust 1993-cü ildə Füzuli rayonunun bir hissəsi (50 kənd) ermənilər tərəfindən işğal olunub.

Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 2 şəhər (Füzuli, Horadiz), 75 kənd və başqa yaşayış məntəqələri var.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri fəaliyyət göstərib.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkib, onlardan 155-i yetim qalıb.

Bu gün həm də Cəbrayıl rayonunun erməni işğalçıları tərəfindən zəbt olunduğu gündür. Rayon 1930-cu ildə yaradılıb. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq, məhv edilib. Cəbrayılın işğalı zamanı 246 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

Son xəbərlər

Orphus sistemi