​Ermənistanın baş naziri qondarma "Dağlıq Qarabağ Respublikası"nın "tanınması" məsələsinə münasibət bildirib

​Ermənistanın baş naziri qondarma "Dağlıq Qarabağ Respublikası"nın "tanınması" məsələsinə münasibət bildirib Ovik Abramyan mayın 8-9-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib
Qarabağ
11 May , 2016 15:07
​Ermənistanın baş naziri qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsinə münasibət bildirib

Bakı. 11 may. REPORT.AZ/ "Dağlıq Qarabağın tanınması hələ tezdir". "Report" "Sputnikarmenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.

Məlumata görə, o, mayın 8-9-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

O.Abramyan Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıması məsələsindən danışarkən deyib: "Hələlik buna ehtiyac yoxdur. Vaxtı gələndə Ermənistan onu tanıyacaq".

Qeyd edək ki, mayın 5-də Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini müzakirə edərək parlamentə göndərib.

Son xəbərlər

Orphus sistemi