Bakı. 2 mart. REPORT.AZ/ Ermənistanda cəbhə bölgəsində baş verən hadisələrin ölkə vətəndaşlarından gizlədilməsi etirazlar doğurub.
“Report”
Erməni saytı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videonu dərc edərək yazır ki, Azərbaycan ordusu dəqiq zərbələrlə qarşı tərəfin hərbi qərargahını bombalayır.
“Onlar bizi öldürürlər, biz isə sakitcə övladlarımızı dəfn edirik. Çünki bizim rəhbərlik yalnız daha çox pul qazanmaq və öz yumşaq kürsüsündə oturmağı düşünür. Hərbi texnikanın işləməməsi və tanklar üçün yanacağın olmaması isə onların vecinə də deyil. Maraqlıdır, ölkə rəhbərliyi bu son məlumatlara hansı bəhanəni gətirəcək”, - yerepouni-news.com saytı bildirir.