​Azərbaycan Ermənistan xüsusi təyinatlı dəstəsinin komandirini və əsgərlərini məhv edib

​Azərbaycan Ermənistan xüsusi təyinatlı dəstəsinin komandirini və əsgərlərini məhv edib Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir
Qarabağ
11 Fevral , 2015 12:05
​Azərbaycan Ermənistan xüsusi təyinatlı dəstəsinin komandirini və əsgərlərini məhv edib

Bakı. 11 fevral. REPORT.AZ/ Düşmən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

Son xəbərlər

Orphus sistemi