Ermənistan XİN rəhbəri bu gün ATƏT-in MQ həmsədrləri ilə görüşəcək

Ermənistan XİN rəhbəri bu gün ATƏT-in MQ həmsədrləri ilə görüşəcək Edvard Nalbandyan Bazelə gedib
Qarabağ
3 Dekabr , 2014 11:10
Ermənistan XİN rəhbəri bu gün ATƏT-in MQ həmsədrləri ilə görüşəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dekabr ayının 4-5-də keçiriləcək ATƏT ölkələrinin XİN rəhbərləri Şurasının iclasında iştirak etmək üçün İsveçrənin Bazel şəhərinə gedib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir. 

Məlumata görə, dekabr ayının 3-də axşam E.Nalbandyan ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri ilə görüşəcək. 

Nalbandyanın ATƏT üzvü olan bəzi ölkələrin XİN başçıları ilə də görüşləri nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi