Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq
Qarabağ
4 Fevral , 2015 17:21
Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Bakı. 4 fevral. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 6-7-də Almaniyaya səfər edəcək. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən bildiriblər. 

Münhendə E.Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılıb. 

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işçi səfəri çərçivəsində Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında və qarşıdakı dövr üçün ATƏT MQ həmsədrlərinin fəaliyyət planı barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi