Yuxarı
    Bağlamaq

    Ermənistan XİN başçısı: "Azərbaycan XİN rəhbəri ilə tezliklə görüş planlaşdırılır"

    Zoqrab Mnatsakanyan: Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir

    Bakı. 7 iyul. REPORT.AZ/ "Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir".

    "Report"un Ermənistan mətbuatına istinadən verdiyi xəbər görə, bu barədə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "Şant" yerli telekanalına müsahibəsində bildirib.

    O həmçinin deyib ki, azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırılır.

    "Sülhə səbəb olan atmosferdən danışarkən deyə bilərik ki, bu, geniş konseptə malik prinsipdir və buna atəşkəs rejiminin gücləndirilməsinə aid olan funksiyalar daxildir. Bizim tərəfimizdən heç nə dəyişməyib", - Z.Mnatsakanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikri şərh edərək deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi