Ermənistan XİN başçısı: "Azərbaycan xarici işlər naziri ilə görüşümüz müsbət ab-havada keçdi"

Ermənistan XİN başçısı: "Azərbaycan xarici işlər naziri ilə görüşümüz müsbət ab-havada keçdi" Nazir hadisələrin inkişaf edəcəyini gözlədiyini qeyd edib
Qarabağ
7 Dekabr , 2017 14:53
Ermənistan XİN başçısı: Azərbaycan xarici işlər naziri ilə görüşümüz müsbət ab-havada keçdi

Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla keçirdiyi son görüşün müsbət ab-havada keçdiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.

"Elmar Məmədyarovla dünənki görüşümüz, ümumilikdə, müsbət ab-havada keçdi. İndi hadisələrin inkişaf edəcəyini gözləyirik", - diplomat vurğulayıb.

E.Nalbandyan həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünü müsbət qiymətləndirərək tərəflərin ortaq fikrə gəldiklərini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər.

Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbandyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.

Son xəbərlər

Orphus sistemi