​Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupu məhv edilib - FOTO

​Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupu məhv edilib - FOTO Döyüşdə Azərbaycanın bir hərbi qulluqçusu sağ əlindən yüngül yaralanıb
Qarabağ
6 Mart , 2015 10:37
​Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupu məhv edilib - FOTO

Bakı. 6 mart. REPORT.AZ/ Martın 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə - Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib. “Report”un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.

Döyüşdə Azərbaycanın bir hərbi qulluqçusu çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.

Son xəbərlər

Orphus sistemi