Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 110 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 110 dəfə pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Qarabağ
3 Aprel , 2017 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 110 dəfə pozub
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Şıxlar, Mərzili, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi