Bakı. 8 mart. REPORT.AZ/ Martın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri qoşunların təmas xəttində yaşayış məntəqəmizi atəşə tutublar.
"Report" xəbər verir ki, düşmən işğal altındaki Talış kəndi istiqamətindən Tərtər rayonunun Çaylı kəndini atəşə tutub. Təmas xəttinin yaxınlığında heyvan otaran kənd sakinləri Alqayıt və Rəşad Şahvələdov qardaşlarının olduğu ərazi də 10 deqiqəyə yaxın atəş altında olub.
Atışmada yüngül atıcı silahlardan istifadə olunub.
Ermənilər dörd heyvanı vurublar. Xoşbəxtlikdən Şahvələdov qardaşları xəsarət almayıb.