Yuxarı

Ermənistan prezidenti: “Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əsas rollardan birini oynayır”

Ermənistanın yeni prezidenti Armen Sarkisyan

Bakı. 10 aprel. REPORT.AZ/ “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əsas rollardan birini oynayır”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın yeni prezidenti Armen Sarkisyan TASS-a müsahibəsində bildirib.

O qeyd edib ki, 23 il əvvəl Qarabağda atəşkəsə Rusiyanın vasitəçiliyi sayəsində nail olunub.

A.Sarkisyan bildirib ki, yaxın günlərdə Moskvaya səfər edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi