Yuxarı

Ermənistan ordusunda telefon üstündə dava düşüb, iki hərbçi xəsarət alıb

Ermənistan ordusunda telefon üstündə dava düşüb, iki hərbçi xəsarət alıb
Hadisə işğal altında olan Ağdərədəki hərbi hissədə baş verib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın Ağdərə yaşayış məntəqəsində yerləşən işğalçı Ermənistan ordusunun hərbi hissəsində döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, həmin hərbi hissədə xidmət edən zabit Narek Mkrtçyan döyüş mövqeyində yoxlama apararkən müqavilə əsasında xidmətdə olan Hraç Naboyan adlı əsgərdə qadağan olunmuş mobil telefon aşkar edib.

Zabit telefonu müsadirə etmək istədikdə H.Naboyanın müqavimət göstərib. Bu zaman tərəflər arasında başlayan mübahisə davaya çevrilib. Hər iki hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alsa da, komandanlıq məsələni ört-basdır edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi