Bakı. 1 sentyabr. REPORT.AZ/ 1998-ci il təvəllüdlü erməni əsgəri Ayk Xaçaturyan Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində minaya düşərək həlak olub.
"Report"un Erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, insident səhər saatlarında təmas xəttinin şərq istiqamətində baş verib.
Həkimlərin səyinə baxmayaraq, 19 yaşlı əsgərin həyatını xilas etmək mümkün olmayıb.