Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar. Oktyabrın 18-i səhər saat 07.00-dan başl
Qarabağ
18 Oktyabr , 2020 10:00
Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir
0 : 00
0 : 00

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

Son xəbərlər

Orphus sistemi