​Ermənistan Azərbaycana fosforlu bomba atıb

​Ermənistan Azərbaycana fosforlu bomba atıb Ağ fosforlu 122 mm-lik top mərmisi Tərtər rayonunda aşkar olunub
Qarabağ
10 May , 2016 22:52
​Ermənistan Azərbaycana fosforlu bomba atıb

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentlik tərəfindən 10 may tarixində 4 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 12 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar edilib. Gün ərzində 42 884 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Qarağacı kəndi – 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar edilib, gün ərzində 28 000 kv. m ərazi yoxlanılıb.

Qazyan kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 2 500 kv. m ərazi yoxlanılıb.

Əskipara kəndi – Əkin sahəsində 1 partlayış yerinə baxış keçrilib, 1 ədəd ağ fosforlu 122 mm-lik top mərmisi aşkar edilib, 20 kv.m ərazi yoxlanılıb. Sursatın zərərsizləşdirmə əməliyyatları sabah davam edəcək.

Cəmi:Gün ərzində 3 ev və həyətyanı sahələrdə, 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçrilib, 30 520 kv. m ərazi yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi aşkar olunaraq, götürülüb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 900 kv.m ərazi yoxlanılıb, heç bir PHS aşkar olunmayıb.

Cəmi:2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 900 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonu

Qaraxanlı kəndi – 1 ev və həyətyanı sahədə, 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 11 000 kv. ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.

Cəmi:1 ev və həyətyanı sahə, 1 otlaq sahəsində, 2 partlayış yeri aşkar edilib və 11 000 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi –2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 464 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.

Cəmi:2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 464 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 10 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 457 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi