“Ermənistan-Azərbaycan Sülh Platforması”nın Polşa üzrə Sülh səfiri təyin edilib

“Ermənistan-Azərbaycan Sülh Platforması”nın Polşa üzrə Sülh səfiri təyin edilib Platformanın həmkoordinatorları və Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri ilə görüş keçirilib
Qarabağ
24 Aprel , 2017 13:09
“Ermənistan-Azərbaycan Sülh Platforması”nın Polşa üzrə Sülh səfiri təyin edilib

Bakı. 24 aprel. REPORT.AZ/ “Ermənistan-Azərbaycan Sülh Platforması”nın Polşa üzrə Sülh səfiri təyin edilib.

Bu barədə “Report”a platformanın mətbuat xidmətindən məlumat verilib.

“Ermənistan-Azərbaycan Sülh Platforması”nın həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev Sülh Platformasının üzvü olan Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Vitold Olejnik arasında görüş keçirilib. 

Görüşdə “Ermənistan-Azərbaycan Sülh Platforması”nın gələcək planları müzakirə olunub. Orxan Nəbiyev qonağı Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında daha ətraflı tanış edib. Öz növbəsində Sülh Platformasının Ermənistandan olan həmkoordinatoru qonağa Sülh Platforması ilə əməkdaşlığa görə öz minnətdarlığını bildirib. Görüş zamanı Sülh Platformasının Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyası ilə ümumi əməkdaşlığına dair razılıq əldə olunub. Öz növbəsində cənab Olejnik özü və sədri olduğu təşkilatın adından Platformanın fəaliyyətini dəstəklədiyini söylədi. Həmçinin qonaq bu sahədə öz imkanlarını səfərbər edəcəyini də vurğulayıb.

Görüşün sonunda həmkoordinatorlar Vitold Olejniki “Ermənistan-Azərbaycan Sülh Platforması”nın Polşa üzrə “Sülh Səfiri” elan edib.

Son xəbərlər

Orphus sistemi