Tbilisi. 19 fevral. REPORT.AZ/ "Regionda sülhə və inkişafa maneələr qalmaqdadır. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac vardır". "Report" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxış edərkən deyib.
"Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalmışdır.".- nazir qeyd edib.