Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub Bakı. 16 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Qarabağ
16 Fevral , 2019 09:33
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub

Bakı. 16 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Cəfərli və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Abdinli, Füzuli rayonunun Qərvənd, Qorqan və Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi