Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan atəşkəs rejimini 21 dəfə pozub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Qarabağ
24 Oktyabr , 2019 09:26
Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi