Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan atəşkəs rejimini 21 dəfə pozub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Qarabağ
25 Dekabr , 2019 09:37
Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Kürdlər, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi