Ermənistan atəşkəs rejimini 19 dəfə pozub

Ermənistan atəşkəs rejimini 19 dəfə pozub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.
Qarabağ
19 İyun , 2019 09:39
Ermənistan atəşkəs rejimini 19 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi