​Ermənistan 7-si zabit olmaqla 29 hərbçisinin öldürüldüyünü etiraf edib

​Ermənistan 7-si zabit olmaqla 29 hərbçisinin öldürüldüyünü etiraf edib İnformasiyaya əsasən, 28 erməni silahlısı itkin düşüb
Qarabağ
6 Aprel , 2016 08:22
​Ermənistan 7-si zabit olmaqla 29 hərbçisinin öldürüldüyünü etiraf edib

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki döyüşlərdə erməni tərəfi 7-si zabit olmaqla 29 nəfər itirib.

"Report" xəbər verir ki, bunu Ermənistan rəsmiləri yerli KİV-lərə etiraf edib.

İnformasiyaya əsasən, 28 erməni silahlısı itkin düşüb.

Məlumata görə, döyüş zamanı 101 erməni silahlısı yaralanıb, onların 20-si zabit, 81-i çavuş, müqavilə əsasında qulluq edənlər və sıravilərdir. Məlumatlara əsasən, Ermənistan tərəfin 14 tankı, 4 Piyadaların Zirehli Maşını məhv edilib. 

Son xəbərlər

Orphus sistemi