Ermənilərin Ağcabədiyə atdığı mərmilər fərdi evlərə ziyan vurub

Ermənilərin Ağcabədiyə atdığı mərmilər fərdi evlərə ziyan vurub Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun Oyat kəndinə​ atdığı​ mərmilər fərdi evlərə ciddi ziyan vurub.
Qarabağ
12 Oktyabr , 2020 14:47
Ermənilərin Ağcabədiyə atdığı mərmilər fərdi evlərə ziyan vurub

Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun Boyat kəndinə​ atdığı​ mərmilər fərdi evlərə ciddi ziyan vurub.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının​ məlumatına görə, Ermənistan ordusu tərəfindən Boyat kəndi​ daim atəşə​ tutulub. Düşmənin təxribatı nəticəsində kənd ərazisində olan fərdi yaşayış evləri ciddi ziyan görüb.

Kənd sakinləri bildiriblər ki, düşmən birbaşa mülki əhalini hədəfə alır: “Onların məqsədi əhali arasında ruh düşkünlüyü yaratmaqdır. Erməni vandallarının atdığı mərmilər Azərbaycan Ordusuna güvənən sakinləri qorxutmur”.

Qeyd edək ki, düşmən təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən düşmənə layiqli cavab verilir.

Son xəbərlər

Orphus sistemi